İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan öldü

HADİSƏ 24 mar 2020, 23:59

İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan ölüb.


Demokrat.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, İspaniyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 40 minə yaxınlaşıb.


Martın 24-nə olan məlumata görə, 39,673 xəstədə koronavirus aşkar edilib.


Virus yayılmağa başlayandan İspaniyada 2696 nəfər ölüb, onlardan 514 nəfəri son 24 saatda həyatlarını itirib.


2 600 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir, 3 800 nəfər isə xəstəlikdən sağalıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top