Naxçıvandan Lənkərana 165 azərbaycanlı gətirildi

SOSİAL 22 mar 2020, 21:02

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC Hökumətin tapşırığı əsasında dünyanın müxtəlif ölkələrindən azərbaycanlıların Vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.


Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, martın 21-nə keçən gecə AZAL Naxçıvandan Lənkərana xüsusi reys yerinə yetirib. Həmin reyslə Lənkərana Türkiyədən avtobuslarla Naxçıvana gəlmiş 165 Azərbaycan vətəndaşı çatdırılıb. Lənkərana enişdən sonra bütün sərnişinlər karantinə yerləşdirilib.

 

Mart ayının 22-də Minsk, Moskva, London və Nyu York şəhərlərindən müvafiq reyslər həyata keçirilib və ümumilikdə, 333 vətəndaş ölkəyə gətirilib.


Bu gün Azərbaycanın 95 vətəndaşını daşıyan Yekaterinburq reysinin gəlişi gözlənilir.


Martın 23-də Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov və Lvovdan əlavə reyslərin həyata keçirilməsi planlaşdırılır.


Xatırladaq ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qaytarılması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.


Qeyd edək ki, mart ayının 15-dən etibarən hava yolu ilə bütün dünyadan 10 minə yaxın sərnişin Azərbaycana geri qaytarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top