“Əbədiyaşar Lider“ mövzusunda inşa yazı müsabiqəsi keçirildi

SOSİAL 08 may 2024, 13:53
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Xətai rayonu ərazisindəki orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə  “Əbədiyaşar Lider“ mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Aprelin 17-dən mayın 1-dək davam edən müsabiqəyə 71 yazı təqdim olunub. İnşa yazı müsabiqəsində məktəblilər öz düşüncələri əsasında müasir müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndərimiz haqqında fikirlərini qələmə alıblar. Müsabiqəyə təqdim edilən inşa yazıları arasında ciddi rəqabət olub və ən yaxşıları seçmək asan olmayıb.

Xətai rayonu 29 saylı  məktəbin 8b sinif şagirdi Sara Mehtiyeva I yerə,  86 saylı  məktəbin 10a sinif şagirdi Gözəl Əlizadə  və 263 saylı  məktəbin 8a sinif şagirdi Murad Qənbərov II yerə,   269 saylı  məktəbin 10c sinif şagirdi Aysu Qədirova, 257 saylı  məktəbin 10ə sinif şagirdi Aysel Məmmədzadə və 98 saylı  məktəbin 10a sinif şagirdi Ayla Səfərova III yerə layiq görülüblər.

Qaliblər və inşa müsabiqəsində fəal iştirak edən məktəblilər mükafatlandırılacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top