“Yuventus”un daha bir futbolçusu koronavirusa yoluxdu — FOTO

İDMAN 22 mar 2020, 00:15

İtaliyanın "Yuventus" klubunun və Argentina millisinin futbolçusu Paulo Dibala rəfiqəsi ilə birgə koronavirusa yoluxub.

 

"Report"un məlumatına görə, bu barədə 27 yaşlı forvardın özü şəxsi "Instagram"ında yazıb. O, COVID-19 testlərinin nəticəsinin müsbət olduğunu, amma hazırda özlərini ideal şəraitdə hiss etdiklərini açıqlayıb.

 

Qeyd edək ki, Paulo Dibala "Yuventus"un koronavirusa yoluxmuş üçüncü futbolçusudur. Daha əvvəl müdafiəçi Daniele Ruqani və xavbek Blez Matüididə də bu xəstəlik aşkarlanıb. 

 

Image result for paulo dybala coronavirus

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top