Koronavirus Avroliqanı da "vurdu" — Oyunlar təxirə düşdü

İDMAN 11 mar 2020, 22:00

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) oyunları təxirə salınıb.


Demokrat.az  xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Belə ki, koronavirus səbəbindən İtaliya və İspaniya arasında səyahət məhdudlaşdırılıb  və buna görə matçların təxirə düşməsi haqqında qərar qəbul edilib. 

 

Qeyd edək ki, Avroliqasının nəzərdə tutulmuş hər iki oyunu sabah keçirilməli idi. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top