Türkiyədə ilk koronavirusa yoluxma faktı qeydə alındı — VİDEO

DÜNYA 11 mar 2020, 08:57

Türkiyədə ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

 

Demokrat.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
 

Nazirin sözlərinə görə, koronavirus şübhəsi olan şəxs Türkiyə vətəndaşıdır və virusa Avropada yoluxub. 

 

Fahrettin Koca xəstənin yüksək hərarət və öskürək şikayəti ilə xəstəxanaya müraciət etdiyini və koronavirusla bağlı analiz cavablarının müsbət olduğunu açıqlayıb.

 

Karantinə alınan xəstənin vəziyyətinin normal olduğunu deyən nazir, ailə üzvlərinin də nəzarət altında saxlanıldığını söyləyib. (baku.ws)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top