Ukrayna mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib — FOTOLAR

SİYASƏT 27 fev 2020, 19:48

Ukraynanın tanınmış LB.ua, FAKT portallarında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Xocalı soyqırımının ildönümü ilə bağlı məqaləsi dərc edilib.

 

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı barədə geniş məlumat yer alıb.

 

Qeyd olunub ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirilib, nəticədə 613 nəfər, o cümlədən qocalar, uşaqlar və qadınlar amansızcasına qətlə yetirilib. Xarici KİV-lər Xocalı faciəsi haqqında kifayət qədər məqalə dərc edib. O vaxt hadisə yerində olan xarici jurnalistlər gördüklərindən dəhşətə gəldiklərini bildiriblər.

 

Müəllif, həmçinin Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Xocalı faciəsini törətdiklərini etiraf edən fikirlərinə də yer verib.

 

Diqqətə çatdırılıb ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soyqırımı haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılır və onu törədənlərin layiqli cəzalarını alması tələb edilir.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top