Avropa Liqasının oyunu təxirə salındı

İDMAN 27 fev 2020, 21:32

Avropa Liqasının 1/16 final mərhələsində bu gün Avstriya "Zalstburq"u ilə Almaniyanın "Ayntraxt" klubları arasında keçirilməli olan cavab oyunu təxirə salınıb.

 

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna fırtına xəbərdarlığı səbəb olub.

 

Şəhərdə küləyin sürətinin saatda 120 km-ə çatacağı gözlənilir. Buna görə matçın oynanılmamasına qərar verilib. Qarşılaşmanın yeni tarixi barədə daha sonra məlumat veriləcək.

 

Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top