MSK daha iki məntəqənin nəticələrini etibarsız saydı

SOSİAL 24 fev 2020, 20:25

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.  


Demokrat.az xəbər verir ki, şikayəti qeydə alınan namizədlər Elçin Məmməd və Elşad İsrafilov ünvanlayıblar. 


Bildirilib ki, araşdırma zamanı 7 və 32 saylı seçki məntəqələri üzarə seçki qanunvericiliyinin pozulması halları əksini tapıb.  


İclasda həmin seçki məntəqələri üzrə nəticələrin etibarsız sayılması barədə qərar çıxarılıb.  


Qeyd edək ki, həmin dairədən lider namizəd Tahir Mirkişilidir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top