Çində koronavirusa yoluxanların sayı 2400 nəfəri ötdü

DÜNYA 23 fev 2020, 08:51

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı açıqlanıb.

 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Qeyd edilir ki, yeni virusdan ölənlərin sayı ümumilikdə 2 442 nəfərə çatıb. Bir gün ərzində virusdan 97 ölüm hadisəsi baş verib. Ötən gün ölkə üzrə isə ümumilikdə 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.

 

Komitə qeyd edib ki, hazırda ölkədə 76 936 insan virusun daşıyıcısıdır. Gün ərzində daha 648 nəfər virusa yoluxub. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top