Ramin Məmmədov Sabirabadda ağacəkmə aksiyasında iştirak edib — FOTOLAR

GÜNDƏM 26 yan 2020, 13:58

Yeni Azərbaycan Partiyasının (YAP) 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizədi Ramin Məmmədov Çöl-Beşdəli kəndində ağacəkmə aksiyasında iştirak edib. 


Demokrat.az xəbər verir ki, bu barədə R. Məmmədov öz “Facebook” səhifəsindən məlumat paylaşıb. 


O bildirib ki, ölkə rəhbərliyi ekoloji sahəyə böyük diqqət və həssaslıqla yanaşır:  


“Ötən illərdə müxtəlif kampaniyalar çərçivəsində yüzminlərlə ağac əkilib. Yeni Azərbaycan Partiyasının üzvləri dövlətimizin bütün sahələrini əhatə edən siyasətinə birmənalı dəstəyi əməli işlərində sərgiləyirlər. Azərbaycanımızın hər güşəsini abad və çiçəklənən görmək istəyən dövlət rəhbərliyinin siyasətinə kiçik də olsa töhfə vermək istəyi ilə Çöl-Beşdəli kəndində ağacəkmə aksiyası keçirildi. Vətənimiz və xalqımız üçün xeyirli olsun!” 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2024, 15:25
08 may 2024, 14:07
Top