Daha bir ölkə Fələstinin müstəqilliyini tanıdı

DÜNYA 08 may 2024, 15:05
Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fələstinlilərin siyasi statuslarını azad şəkildə müəyyənləşdirmək hüququ var:

“Biz Fələstinin iqtisadi, sosial və mədəni inkişafını sərbəst həyata keçirmək hüququnu dəstəkləyirik”.

Bəyanatda Baham adalarının Fələstinlə ikitərəfli əlaqələr qurduğunu və Fələstini müstəqil dövlət olaraq rəsmən tanıdığı qeyd olunub.

Qeyd edək ki, bu ilin aprel ayında Barbados və Yamayka da Fələstinin dövlət müstəqilliyini tanımaq qərarına gəlib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top