Gülmirzə Cavadov görüş keçirəcək — FOTO

SİYASƏT 23 yan 2020, 14:30

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd Gülmirzə Cavadov Mərdəkan, Buzovna, Şağan, Qala, Gürgan, Pirallahı, Neft Daşları və Çilov Adası sakinlərini görüşə dəvət edib.


Oxu.Az-ın xəbərinə görə, Gülmirzə Cavadov bildirib ki, bir namizəd olaraq onu daha yaxından tanımaq istəyən, millət vəkili seçiləcəyi təqdirdə etmək istədiyi dəyişikliklər haqqında məlumat almaq istəyən hər kəsi görüşə səsləyir:


“Gəlin, bir-birimizi dinləyək, bir-birimizə dəstək olaq və daha yaxşı gələcək üçün birlikdə çalışaq!”


Qeyd edək ki, görüş 25 yanvar, saat 15:00-da Buzovna qəsəbəsi “Toy Gecəsi” restoranında keçiriləcək.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top