“Normal hadisədir” — Direktordan ölən xəstələrlə bağlı AÇIQLAMA

SOSİAL 15 yan 2020, 15:41

Bu gün Ağ Ciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi qeydə alınıb.

           

Demokrat.az-ın xəbərinə görə, Ağciyər Xəstəlikləri İnstitutunun yeni direktoru Həqiqət Qədirova bildirib ki, ağır xəstələrin ölməsi normal hadisədir:

 

“Bu məlumatı hansısa yaramaz bir senssasiya kimi sizə ötürüb. Belə ölüm hadisələri olur. Amma bu o demək deyil ki, onlara baxış yoxdur. Onlar hər ikisi ağır xəstə olublar. Bizdə ölüm komissiyası var. Bunların da ölüm səbəbləri araşdırılacaq. Onların hansı səbəbdən ölümlərini isə sizə deyə bilməyəcəm. Bu həkim sirri məsələsidir”. (Unikal.org)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top