Qırmızı işıqdan keçən xanım sürücü qəza törətdi — VİDEO

HADİSƏ 12 yan 2020, 09:03

Bakının Nəsimi rayonunda üç avtomobilin iştrakı ilə yol qəzası baş verib.

 

Hadisə Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

 

İlkin ehtimala görə, xanım sürücü idarə etdiyi “Hyundai” markalı avtomobillə Səməd Vurğun küçəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı işığına məhəl qoymayaraq yoluna davam edib. 

 

Bu zaman isə o, Füzuli küçəsi ilə hərəkətdə olan “Mercedes” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən “Mercedes” eyni istiqamətdə hərəkətdə olan digər “Hyundai” markalı minik maşınına dəyib. Dərhal hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

 

Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hər üç nəqliyyyat vasitəsinin sürücüsü alkoqol sərxoşluğunun təyin olunması məntəqəsinə aparılıb. Hadisədə kimin günahkar, kimin haqlı olduğu aparılan araşdırmaların sonunda bəlli olacaq. (oxu/az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top