Dünyanın ən bahalı futbolçuları bilindi — SİYAHI

İDMAN 07 yan 2020, 21:42

Beynəlxalq İdman araşdırmalar mərkəzi (CIES) dünyanın ən dəyərli futbolçularının siyahısını açıqlayıb.

 

Demokrat.az xəbər verir ki, Fransa yığması və PSJ-nin 19 yaşlı hücumçusu Kilian Mbappe 265.2 milyon avro dəyərlə dünyanın ən bahalı futbolçuları sıralamasında birinci yeri tutur.

 

İngiltərə yığması və “Mançester Siti”nin yarımmüdafiəçisi Rahim Sterlinq 2-ci (223,7 milyon avro), “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah isə 3-cü (175,1 milyon avro) yerdə qərarlaşıb.

 

2020-ci ilin ilk siyahısında "Qızıl top"un son qalibi Lionel Messi 8-ci pillədə qərarlaşıbsa, digər ulduzlardan Neymar 19-cu (100,4 milyon), Kriştiano Ronaldo (80,3 milyon) isə 49-cu yerdədir. (Sportinfo.az)

 

 

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top