"Hamı namizəd olmaq istəyir, Milli Məclis kinoteatrdır?" — Deputat

SOSİAL 17 dek 2019, 13:51

Milli Məclisin bitərəf deputatı Eldar Quliyev vətəndaşların 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində kütəvi şəkildə namizədliklərini irəli sürmələrinə iradını bildirib.

 

Demokrat.az bildirir ki, E.Quliyev Pravda.az-a açıqlamasında deyib ki, Milli Məclis ciddi dövlət strukturudur.

 

Deputat qeyd edib ki, namizədlik irəli sürərkən düşünmək lazımdır: “Deputat elə insanlardan olmalıdır ki, faydası olsun. Deputatlığa namizədin savadı, dünyagörüşü, təcrübəsi olmalıdır. Yoxsa kim istəyir, namizədliyini irəli sürür. Bu, düzgün deyil. Hamı namizəd olmaq istəyir, Milli Məclis kinoteatrdır? Düzdür, buna qanunvericilikdə məhdudiyyət yoxdur... Savadlı gənclər çoxdur, biz onların namizəd olmasını istəyirik”.

 

E.Quliyev özünün namizəd olub-olmaması ilə bağlı qərar qəbul etmədiyini bildirib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top