Prezident Yaqub Eyyubova yeni vəzifə verdi

SOSİAL 13 dek 2019, 17:32

Prezident İlham Əliyev “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.


Demokrat.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

 

Komissiyanın sədri

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

 

Azərbaycan Respublikasının energetika naziri

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Azərbaycan Respublikasının maliyyə naziri

 

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

 

Sərəncamla Dövlət Komissiyasına tapşırılıb ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top