İş adamı məhsulları haqqında yayılan məlumatları TƏKZİB ETDİ

SOSİAL 12 dek 2019, 12:56

İş adamı Fəxrəddin Fərhadov rəhbərlik etdiyi “Kristal CF” MMC-yə məxsus olan kolbasa və sosiska məhsullarının Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanması barədə mətbuatda yayılan məlumatları təkzib edir. 


İş adamı Fəxrəddin Fərhadovun imzası ilə Demokrat.az-ın redaksiyasına daxil olan təkzib müraciətində deyilir:


"05 dekbar 2019-cu il tarixdə "Demokrat.az" saytında dərc olunmuş "Azərbaycanlı kolbasa sexinin rəhbərinin DƏBDƏBƏLİ VİLLASI" başlıqlı yazıda qeyd olunan "Onların “Qızıl Buta” şadlıq sarayı, “Jiquli” pivə zavodu, “Qəbələ” kafesi və s. obyektləri də var. Axar.az saytı isə “CF” kolbasaları Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanması ilə bağlı xəbər yayımlamışdı. Ona görə də firmanın əhaliyə yedirdiyi bu kolbasa məmulatı müxtəlif xəstəliklərin mənşəyi ola biləcəyini vurğulayıb. Xatırladaq ki, bir neçə il öncə “CF” və “KRİSTAL” kolbasalarının halal olmadığı aşkar edilib" kimi məlumatlar həqiqətə uyğun deyil. 


Nəzərinizə çatdırırıq ki, “Kristal CF” əmtəə nişanlı kolbasa və sosiska məhsulları yüksək keyfiyyətli məhsuldan hazırlanır, halallıq və müvafiq uyğunluq sertifikatına malikdir". 


Qeyd edək ki, "Azərbaycanlı kolbasa sexinin rəhbərinin DƏBDƏBƏLİ VİLLASI" başlıqlı məqalə "Axar.az" saytına istinadla Demokrat.az saytında dərc olunub.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2024, 15:25
Top