Elşad Miri: “Bibiheybət piri” sürüşmənin qarşısını ala bilməyib?

MARAQLI 25 noy 2019, 18:24

Məşhur ilahiyyatçı Elşad Miri dini ziyarətgahlardan olan “Bibi Heybət”ə ironiya edib.

 

İlahiyyatçı məscidin yaxınlığında qeydə alınan torpaq sürüşməsinin fotosunu paylaşıb. O, paylaşımını belə şərh edib:

 

“Bibiheybət piri... Yanından ötən maşınlardakıların saxlayıb sağ-salamat gedib qayıtmaları üçün nəzir atdıqları “Bibiheybət” piri sürüşmənin qarşısını ala bilməyib?”

 

Qeyd edək ki, mütəmadi yağan yağışlaın təsirilə ötən gecə “Bayıl yamacı”nda – “Bibiheybət” məscidi yaxınlığında torpaq sürüşməsi baş verib. Nəticədə yolun həmin ərazidən keçən hissəsi yararsız hala düşüb. (Moderator.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top