Prezidentə yaxınlaşıb banka olan borcunun silinməsini xahiş etdi – VİDEO

SOSİAL 19 noy 2019, 23:31

Bu gün Prezident İlham Əliyev “28 May” metrostansiyasının qarşısında paytaxt sakinləri ilə görüşüb, onların şikayətlərini dinləyib.

 

Demokrat.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, bu zaman Bakı sakini olan Məmmədova Səmayə İbrahim qızı dövlət başçısına yaxınlaşaraq banka olan borcunun silinməsini xahiş edib.

 

Yaşlı qadın Prezidentə qəzaya düşdüyü üçün krediti ödəməkdə çətinlik çəkdiyini bildirib. Dövlət başçısı dərhal qadının probleminin həlli üçün müvafiq göstəriş verib.


Həmin anın videosunu təqdim edirik:

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top