GÜCLÜ ZƏLZƏLƏ: Culfa və Ordubadda da HİSS EDİLDİ

HADİSƏ 11 noy 2019, 19:02

Yerli vaxtla saat 04:58-də Naxçıvan stansiyasından 103 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, zəlzələnin maqnitudası 4,5, dərinliyi 10 kilometr olub.


Zəlzələ Culfa və Ordubad rayonlarında zəif hiss olunub.


Qeyd edək ki, noyabrın 8-də yerli vaxtla saat 02:47-də İran ərazisində baş verən zəlzələ də Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top