İham Əliyev vətəndaşları incidən məmurlardan danışdı: "Rüşvətxorluq halları baş verir" — VİDEO

SİYASƏT 04 noy 2019, 16:54

"Vətəndaşlara diqqət rayon icra hakimiyyətləri tərəfindən yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir. Onların problemlərinə reaksiya verilmir".   

    

Demokrat.az baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.

 

Dövlət başçısı bildirib ki, bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb olunur:

 

"Rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır. Rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir. Vətəndaşlara maksimum diqqət göstərilməlidir. Rayon icra hakimiyyəti nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidir". 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top