Şoyqu Bakıya gəlməzdən əvvəl Ermənistana gedəcək – Rusiya hərbi bazasına baş çəkəcək

DÜNYA 29 okt 2019, 10:47

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu oktyabrın 29-da Yerevana gedəcək.

 

Bu barədə Ermənistan mətbuatında yazılıb.

 

Bu gün Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini aparan təyyarənin Gümrü hava limanına enəcəyi gözlənilir.

 

Bildirilir ki, S.Şoyqu Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına baş çəkəcək və ermənistanlı həmkarı David Tonoyanla görüşəcək.

 

Rusiyalı nazirin Ermənistana səfərinin statusu dəqiqləşdirilməyib.

 

Məlumat üçün bildirək ki, S.Şoyqu oktyabrın 30-da Bakıda MBD Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.(Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top