GUAM: "Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının möhkəmlənməsinə səbəb olacaq"

SİYASƏT 26 okt 2019, 22:45

"Azərbaycan beynəlxalq sülhün möhkəmlənməsinə mühüm töhfə verən bir ölkədir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın möhkəmlənməsinə və beynəlxalq aləmdə rolunun artmasına səbəb olacaq".

 

Trend-in məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə debat müzakirələrində GUAM-ın baş katibi Altay Əfəndiyev bildirib.

 

O qeyd edib ki, GUAM ölkələri ərazisində münaqişələr öləkələrin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq qanunlara uyğun həllini tapmalıdır. Baş katib bildirib ki, sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan sülh olmaz:

 

“Bu baxımdan dayanıqlı inkişaf və sülhü təmin etmək üçün birgə səylər göstərilməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top