Bu ay iki ulduz axını olacaq

MARAQLI 04 okt 2019, 13:10

Oktyabr ayında Drakonid və Orionid adlı iki ulduz axını müşahidə ediləcək.

 

Demokrat.az xəbər verir ki, ilk Drakonid meteor yağışı oktyabrın 6-da başlayacaq və üç gündən sonra maksimum həddə çatacaq. 

 

Göydə təxminən saatda on ulduz axını görünəcək.

 

Orionid ulduz axını isə maksimum həddə oktyabrın 21-də çatacaq.

 

Digər astronomik hadisələrdə olduğu kimi, oktyabr ayının ulduz axınlarının müşahidəsi də təkcə ayın vəziyyətindən və fazasından deyil, həm də hava şəraitindən və müşahidə ediləcək məkandan asılı olacaq. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top