Mehriban Əliyeva şagirdləri və tələbələri belə təbrik etdi – FOTO

SOSİAL 15 sen 2019, 12:52

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 sentyabr – Bilik Günü münasibəti ilə müəllim və şagirdləri təbik edib.

 

Təbrik Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşılıb.

 

"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.

 

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

 

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

 

Əziz dostlar, Bilik Gününüz mübarək!", - deyə təbrikdə bildirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top