"Qarabağ" - "Sevilya" matçına biletlərin qiyməti məlum oldu — SEKTORLAR ÜZRƏ

İDMAN 14 sen 2019, 13:47

Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçirilləcək "Qarabağ" - "Sevilya" matçına maraq böyükdür.


Demokrat.az Ağdam klubunun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, biletlərin satışa çıxarıldığı ilk gündəcə 10 min bilet satılıb. Bu isə tez bir zamanda bütün biletlərin satılacağını deməyə əsas verir.


Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.


Biletlərin satış məntəqələri:


Tofiq Bəhramov adına Respublika stadionunun kassaları


Gənclik və 28 Mall (iticket satış məntəqəsi)


Park Bulvar AVM (iticket satış məntəqəsi)


ASAN 2, 3 (Yasamal, Amay t/m)


İticket.az (onlayn)


Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçına saat 20:55-də start veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top