Sabaha gözlənilən hava şəraiti

SOSİAL 16 avq 2019, 14:12

Şənbə günü Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

 

Bu barədə Demokrat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

 

Mülayim cənub–şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan aşağı - 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.

 

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.

 

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında avqustun 17-də havanın yağmursuz keçəcəyi, lakin səhər bəzi dağlıq rayonlarda qısamüddətli şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top