Azərbaycanlı toy kortejində “Range Rover”dən atəş açdı

DÜNYA 14 avq 2019, 20:31

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında toy kortejində olan azərbaycanlı “Range Rover” markalı avtomobildən travmatik silahla havaya atəş açıb. 


Demokrat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə avqustun 11-də Kolpinsky şossesində, Puşkin rayonu istiqamətində baş verib.


Bu barədə hadisə şahidləri yerli polis şöbəsinə məlumat veriblər. Onların sözlərinə görə, qafqaz əsilli bir nəfər avtomobilin lyukundan çıxaraq tapançadan havaya bir neçə dəfə atəş açıb.


Əməliyyat nəticəsində həmin şəxs saxlanılıb, onun 34 yaşlı azərbaycanlı olduğu bildirilir. Saxlanılan şəxsdən icazə kağızı olan “Grand Power” markalı tapança götürülüb.


Hadisə nəticəsində xəsarət alan olmayıb.


Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı avqustun 13-də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 1-ci bəndinə (xuliqanlıq) uyğun olaraq cinayət işi açılıb. Şübhəli şəxs başqa yerə getməmək şərti ilə azadlığa buraxılıb.(Virtualaz.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top