Ermənilər hərbi maşınımızı atəşə tutdu — FOTOLAR

SİYASƏT 29 iyl 2019, 15:06

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin (DSX) sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.  

 

DSX-dan Demokrat.az-a daxil olan məlumata görə,  2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən tərə­findən növbəti dəfə atə­şə tutul­muşdur.

 

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” mar­kalı avtomobilə dəymişdir.

 

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top