"Facebook" texnologiya tarixinə düşdü

DÜNYA 13 iyl 2019, 20:05

ABŞ Federal Ticarət Komissiyası “Facebook”u 5 milyard dollar məbləğində cərimələyib.

 

Buna səbəb sosial şəbəkə nəhənginin 87 milyon seçicinin şəxsi məluatlarını şirkətlərə ötürməsidir.

 

Hökmün yerinə yetirilməsi üçün ABŞ-ın Ədliyyə Nazirliyinin icazəsi gözlənilir. Kəsilən cəzaya görə, “Facebook”dan hər hansı bir açıqlama verilməyib.

 

Bununla da “Facebook” 2012-ci ildə 22 milyon dollar məbləğində cərimələnən “Google”u geridə qoyaraq, ən böyük məbləğdə cərimələnən texnologiya şirkəti ünvanına sahib olub.

 

Azvision.az xatırladır ki, "Facebook" seçicilərin məlumatlarını "Kembric Analytica" adlı şirkətlə bölüşərək 2016-cı ildə ABŞ-da keçirilən seçkilərdə saxtakarlıq etməkdə ittiham edilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top