“Bu dünya güclərinin Azərbaycana verdiyi önəmdən irəli gəlir” — Azərbaycanlı politoloq

“ NATO və Rusiya generallarının davamlı olaraq ölkəmizdə görüşlər keçirməsini Bakının dünyanın yumşaq güc və bariş mərkəzi kimi qəbul etməsinin təzahürü kimi dəyələndirmək lazımdır. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, Bakı baş verən proseslərin coğrafiyasına yaxın şəhərdir”.


Demokrat.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.


Onun sözlərinə görə,  NATO, ABŞ və Rusiya generalları arasında görüşün Bakıda keçirilməsi artıq ənənə halını alıb və bu dördüncü və ya beşinci görüşdür. 


“Sonuncu görüşün bundan öncəki görüşlərdən fərqi  “Böyük iyirmilər”-in (G-20) Yaponiyada keçirilən zirvə toplantısından sonraya təsadüf etməsidir. Bu görüşü Qara Dəniz, Yaxın Şərq, Suriya və İran akvatoriysında baş verən proseslərin  dinc yolla həllinin təmin edilməsi istiqamətində keçirilən görüş kimi dəyərləndirirərəm.  Ümid edirəm ki, İran-ABŞ arasındakı münasibətlər də səngiyəcək və proseslər nromal məcraya qədəm qoyaraq, danışıqlar yolu ilə həllini tapacaq”,- politoloq bildirib.


M.Əhmədoğlunun fikrincə, görüşün Bakıda keçirilməsinin digər mühüm əhəmiyyətlərindən  biri də Azərbaycanın dolayısı ilə dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına töhfə verməsidir.


O eyni zamanda  görüşün Bakıda keçirilməsini təsadüfi hesab etmir: 


“Bu dünya güclərinin Azərbaycana verdiyi önəmdən irəli gəlir”.

12 İyul 2019, 09:29   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß