YAP-çılar deputatın istirahət mərkəzində dincəlir — FOTOLAR

MARAQLI 11 iyl 2019, 10:13

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" layihəsi Lerik rayonundakı “Relax” istirahət mərkəzində təşkil olunub. 


Demokrat.az xəbər verir ki, istirahət mərkəzində beş gün müddətində YAP-çı gənc fəallar Milli Məclisin bir neçə deputatının iştirakı ilə müxtəlif mövzularda seminar keçir, fikir mübadiləsi aparacaaqlar. 


Dünən keçirilən seminarda Milli Məclisin deputatları Hadi Rəcəbli, İqbal Məmmədov və Pərvin Kərimzadə iştirak ediblər.


Çıxış edən deputatlar layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs ediblər. 


Bildiriblər ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. 


Qeyd edək ki, “Relax” istirahət mərkəzi deputat İqbal Məmmədova məxsusdur. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top