"Nardaranda və daha bir neçə yerdə dini kolleclər açılacaq" — Komitə sədri

“Azərbaycanda dini kolleclərin açılmasına dövlət səviyyəsində razılıq verilib. Həmin kolleclərin maddi-texniki bazası və digər məsələlərlə bağlı işlər gedir”.


Demokrat.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.


Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi bir neçə bölgədə dini kolleclərin açılması ilə bağlı hazırlıq işləri həyata keçirir: 


“Nardaranda bir, Lənkəranda, Gəncədə, Quba-Xaçmaz bölgəsində dini kolleclərin açılması istiqamətində hazırlıq işləri görülür. Bu proses yekunlaşdıqdan sonra bu bölgələrdə kolleclərin açılması nəzərdə tutulub. Həmin kolleclər bir növ İlahiyyat İnstitutunun alt qurumu rolunu oynayacaq”.

8 İyul 2019, 21:37   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß