Ermənistanda kütləvi bıçaqlaşmada 8 nəfər xəstəxanalıq oldu - VİDEO

DÜNYA 30 iyn 2019, 10:17

Ermənistanın Maştosk rayonunda kütləvi bıçaqlaşma olub.

 

Ermənistan mətbuatı bildirir ki, Davitaşen küçəsi 4 ünvanında baş vermiş dava zamanı 8 nəfər xəsarət alıb. Yaralılar müxtəlif tibb mərkəzlərinə çatdırılıblar.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləvi davada iştirak edənlərin hamısının şəxsiyyətini müəyyənləşdirib.

 

Hadisənin səbəbləri araşdırılır. 

 

Faktla bağlı cinayət işi qaldırılıb. (Oxu.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top