Güləşçilərimizdən 1 qızıl, 2 bürünc medal - YENİLƏNİB

İDMAN 26 iyn 2019, 21:22

Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir.

 

Bu gün daha 3 güləşçimiz mübarizəyə qoşulacaq.

 

Bütün idmançılarımız turnirə 1/8 final mərhələsindən start verəcəklər.

 

Sərbəst güləş

65 kq

Yığmamızın liderlərindən biri və əsas medal ümidimiz Hacı Əliyev turnirə erməni güləşçi Valodya Franqulyanla start verib və rəqibinə göz açmağa imkan verməyib - 6:0. İdmançımız 1/4 finalda belaruslu George Koliyevi sınağa çəkib. Koliyev görüşə yaxşı başlasa da, idmançımız əzmkarlıq nümayiş etdirərək, 7:5 hesablı qələbəyə sevinib. Əliyev yarımfinalda Ukraynanı təmsil edən Hor Oqannesyanla qarşılaşıb. İlk hissədə 0-3 hesabı ilə geriyə düşən H.Əliyev növbəti hissədə 4 xal qazanaraq finala yüksəlib.

97 kq

Nurməhəmməd Hacıyevin ilk rəqibi polşalı Radoslav Baran olub. Rəqibini 8:0 hesabı ilə üstələyən idmançımız 1/4 finalda Elizbar Odikadze ilə qarşılaşıb. Gürcüstan təmsilçisi də Nurməhəmmədlə bacarmayıb. Hacıyev bu dəfə 7:3 hesablı qalibiyyətlə yarımfinala yüksəlib. Onun final yolundakı rəqibi Murazi Mçedlidze (Ukrayna) olub. Güləşçimiz ardıcıl xallar qazanaraq çətinlik çəkmədən finala vəsiqə əldə edib (7:0).

 

Qadın güləşi

68 kq

İrina Netreba Oyunlara isveçli Cenni Franssonla start verib. Lakin başlanğıc onun üçün uğurlu olmayıb. Güləşçimiz isveçli rəqibinə məğlub olaraq (1:3) mübarizəni dayandırıb.

***

Bundan başqa ilk yarış günü mübarizəyə qoşulmuş 4 güləşçimiz medallar uğrunda mübarizə aparacaqlar.

57 kq

Mahir Əmiraslanov finalda Stevan Miçiçlə üz-üzə gələcək. Gənc pəhləvanımız rəqibə heç bir şans verməyərək, II Avropa Oyunlarının qızıl medalını qazanıb.

74 kq

Hacımurad Hacıyev təsəlliverici görüşlərdə iştirak edib. Onun “bürünc yolu”ndakı ilk rəqibi yunanstanlı Kirillos Binenpaum olub. Rəqibi üzərində inamlı qələbə qazanan (10:3) pəhləvanımız medal şansını davam etdirib. O, "bürünc" uğrunda görüşdə Vasil Mixaylovla (Ukrayna) üz-üzə gəlib.  Son imkanı əldən verməyən Hacımurad, yarışı bürünc medalla bitirib. 

86 kq

Aleksandr Qostiyev bürünc medal uğrunda güləşib. Lakin idmançımız məğlub olaraq, Avropa Oyunlarını medalsız başa vurub. 

125 kq

Camaləddin Məhəmmədov da üçüncülük üçün yarışacaq. Onun rəqibi Rares Çintoan (Rumıniya) olub. Təmsilçimiz rəqibi üzərində 12:2 hesablı inamlı qələbə qazanaraq bürünc mükafaya yiyələnib.  (Matc.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top