"Rusiya işğalçıdır, düşmənimizdir" — Gürcüstan Prezidenti etirazlara görə Moskvanı GÜNAHLANDIRDI

DÜNYA 22 iyn 2019, 13:22

"Rusiya düşmənimiz və işğalçıdır. Onların idarə etdiyi "beşinci kalon" bu gün açıq təcavüzdən daha təhlükəli ola bilər. Bir daha demək istəyirəm ki, ölkədə və cəmiyyətdə parçalanma və daxili qarşıdurma Rusiyadan başqa heç kimin xeyrinə deyil".


Demokrat.az xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə parlament binası qarşısında keçirilən etirazlara münasibət bildirərkən "Facebook" səhifəsində yazıb.


Onun fikrincə, Gürcüstanda daxili qarşıdurmanı təşviq edənlər "Rusiya siyasəti"ni dəstəkləyənlərdir. 


Bundan başqa, Gürcüstan prezidenti sabiq dövlət başçısı Mixeil Saakaşvilinin polisin etirazçılara qoşulmasına dair çağırışını pisləyib/Report. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top