Keçmiş prezidentin qızı həbsdə ayaqları bağlı saxlanılır

DÜNYA 21 iyn 2019, 11:02

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun Zanqiota koloniyasında saxlanılan qızı Gülnarənin səhhətində ciddi problemlər yaranıb və onun tibbi köməyə ehtiyacı var.


Demokrat.az xəbər verir ki, bu barədə Kərimovanın İsveçrədən olan vəkili Qrequar Manja öz tvitter mikrobloqunda məlumat verib.


O, sabiq prezidentin qızı ilə Zanqiota həbsxanasında görüşdüyünü bildirib: 


“Onun qan təzyiqi tez-tez artır, huşunu itirir. Ayaqları bağlı olaraq saxlanılır. Heç bir tibbi prosedur həyata keçirilmir”.


Xatırladaq ki, 2013-cü ilin oktyabrında Özbəkistanda Gülnarə Kərimovaya qarşı 2001-2013-cü illərdə cinayətkar qruplaşmanın tərkibində xərac toplama və vergidən yayınma ittihamları üzrə cinayət işi açılmış, 2015-ci ilin avqustunda məhkəmə onun haqqında 5 illik azadlıqdan məhrumetmə hökmü çıxarmışdı. 2017-ci ildə isə Özbəkistan Prokurorluğu Kərimovaya qarşı bir sıra ittihamlar üzrə istintaqın davam etdiyini bildirərək onun haqqında həbs qətimkan tədbiri seçmişdi. Hər iki cinayət ittihamı üzrə dəyən zərərin məbləği 2 milyard dollar göstərilib. Qruplaşmanın 12 ölkədə, o cümlədən Rusiyada 1,5 milyard dollar məbləğində səhmlərinə həbs qoyulub.(Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top