Ramil Şeydayev uşaqlarla İçərişəhərdə futbol oynadı - VİDEO

İDMAN 15 iyn 2019, 14:05

Azərbaycan millisinin və Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Ramil Şeydayev Bakıdan paylaşımı ilə diqqət çəkib.


“Report”un məlumatına görə, 23 yaşlı hücumçu yığmanın oyunlarından sonra paytaxtda bir neçə gün istirahət edib. Amma Şeydayev bu müddətdə də futbolsuz qalmayıb. O, İçəri Şəhər küçələrində uşaqlarla futbol oynayıb.

 

Forvard həmin vaxt dronla çəkilmiş videosunu paylaşaraq “Hələlik, Bakı” yazıb. Bu görüntüləri Rauf və Faiq Mirzəyev qardaşlarının “Detstvo” (“Uşaqlıq”) mahnısı müşayiət edib.

 

Qeyd edək ki, Ramil Şeydayev Azərbaycan millisinin Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzduğu AVRO-2020-nin seçmə oyunlarındakı çıxışı ilə alqışlar qazanıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top