Kim Çen İn bu dəfə generalını balıqlara YEM ETDİ

Şimali Koreya lideri Kim Çen In generallardan birini  xüsusi qəddarlıqla ölümə məhkum edib.


Demokrat.az oxu.az-a istinadən bildirir ki, adı açıqlanmayan və dövlət çevrilişinə cəhddə ittiham olunan general prezidentin Rensonq sarayında yeni və amansız metodla edam edilib.


Belə ki, generalın qolları və ayaqları parçalandıqdan sonra o, yırtıcı balıqlarla - ac piranalarla dolu akvariuma atılıb.


Bu edam növünün ideyasını Ceyms Bond filmlərindən aldığı bilinən  Kim Çen In içərisində yüzlərlə vəhşi pirana olan akvariumu Braziliyadan gətizdirib. Dövlət başçısı belə dəhşətli edamla başqa məmurların gözünü qorxutmağa çalışır.

9 İyun 2019, 21:07   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß