Putin, Zelenskiyə görüşmək üçün şərt qoydu

“Vladimir Putinin Ukraynanın yeni prezidenti Vladimir Zelenski ilə görüşməsi üçün öncəliklə Kiyevin Minsk razılaşmalarını yerinə yetirməyə hazır olduğunu müəyyən etməsi və təktərəfli müstəqillik elan edən respublikaların nümayəndələri ilə birbaşa görüşü qəbul etməsi lazımdır”.

 

Demokrat.Az publika.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

“Vedomosti” qəzaetinə açıqlama verən Peskov Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirak etdiyi “Normandiya Dördlüyü” liderləri arasında yeni görüş hazırlıqlarının olmadığını və Zelenskinin də qatılacağı bu formatda ilkin şərtlərin yerinə yetirilməsinin vacib olduğunu bildirib.

 

Qeyd edək ki, Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirak etdiyi “Normandiya Dördlüyü” Donbasdakı vəziyyətin həllinə dair müzakirə prosesinə baxır.

 

 

 

2 İyun 2019, 18:25   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß