Spiker: "Bu oyun Azərbaycanda yüksək səviyyədə keçirildi"

“UEFA Avropa Liqasının final oyunu zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirdilər. Xaricdə belə oyunlar zamanı toqquşmalar yaranır. Şükürlər olsun, bu oyun Azərbaycanda yüksək səviyyədə keçirildi”.

 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. 

 

O, bu tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, belə tədbirlər zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirirlər: “Mən onlara təşəkkür edirəm”.

 

Deputat Çingiz Qənizadə də başda polis olmaqla oyun zamanı təhlükəsizlik tədbirləri həyata keçirən şəxslərin hamısına minnətdarlığını bildirib. (“Report”)

 

 

30 May 2019, 13:13   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß