PA rəsmisi Füzuli sakinlərinə söz verdi: "Qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək"

MARAQLI 07 may 2019, 11:55

Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.


Demokrat.az xəbər verir ki, iclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikasının Prezidenti  Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi Əflatun Rufiyev, Şura üzvləri, idarə, müəssisə, təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. 


Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev “Füzuli rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə çıxış etmişdir.  Alı Alıyev 2019-cu ilin bütün respublikamızda olduğu kimi Füzuli rayonunda uğurlu göstəricilərlə yada qaldığını vurğulayıb. 


Qeyd edib ki, cari ilin birinci rübündə bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olub, əhalimizin həyat səviyyəsi yüksəlmiş, uğurlarımız artıb. 


Alı Alıyev rayonun 2019-cu ilin ilk 3 ayının sosial-iqtisadi göstəriciləri barədə geniş məlumat verib, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələdrə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs etmiş, aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tələb edib.


Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti  Administrasiyasının  Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Əflatun Rufiyev çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  rəhbərliyi altında son  15 ildə, o cümlədən 2019-cu ilin birinci rübündə Respublikamızda  sosial-iqtisadi və digər sahələrdə qazanılmış  uğurlardan bəhs edib. 


Əflatun Rufiyev əmin olduğunu bildirib ki, Füzuli rayonunda 2019-cu ildə qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, əvvəlki illərlə müqaisədə daha böyük nailiyyətlər qazanılacaq.  O, bu işdə rayon əhalisinə ən xoş arzularını bildirib.


İclasda xidmət təşkilatlarının 2019-cu ilin birinci rübündəki fəaliyyətlərinə dair hesabatları dinlənilmiş, rəy və təkliflər irəli sürülüb. 


Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışmış, uğurlarla yanaşı problemləri də qeyd edib, 2019-cu il ərzində qarşıda duran vəzifələr müəyyənləşdirilib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top