Azərbaycanlı fəallar ETTELAAT-a çağırıldı

SİYASƏT 05 may 2019, 18:48

Bir müddət əvvəl Marağa şəhərində ermənilərə etiraz əlaməti olaraq Ermənistan və paniranistlərin bayrağını yandıran fəallardan bir neçəsi İran İslam Respublikasının Kəşfiyyat İşləri üzrə Nazirliyinə (ETTELAAT) çağırılıb.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, marağalı fəallardan Davud Əzimzadə, Həmid Yeganəpur, Əli Yəzdani və Muxtar İbrahimi bölmədə dindirildikdən və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

 

İran Kəşfiyyat Nazirliyi fəallara xəbərdarlıq edib ki, bir də Qarabağ haqqında çağırış və bu tip fəallıq etsələr, həbs olunacaqlar.

 

Xatırladaq ki, bir müddət əvvəl erməni və paniranistlərin bayrağını yandıran fəallar Ermənistanın türk torpaqlarında yaranmış bir dövlət olduğunu, buna görə də qondarma bayrağı qəbul etmədiklərini bildirmişdilər.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top