Çin süni teleaparıcılar hazırlayır

MARAQLI 04 may 2019, 23:44

Çinin "Sogou" internet-axtarış sistemi virtual xəbər aparıcısının işlənib hazırlanması nəticəsində çox populyarlaşıb.

 

İlk belə hazırlama ötən ilin noyabrında "Sinxua" agentliyinin telekanalında nümayiş etdirilib. Martda süni intellekt kollektivinə Sin Syaomen adlı virtual xanım da qoşulub. İndi "Sogou" süni intellekt texnologiyasına əsaslanan televiziya aparıcılarını başqa ölkələrə ixrac etmək niyyətindədir.

 

İlk müştəri Birləşmiş Ərəb Əmirlikləri olub. "South China Morning Post" nəşri yazır ki, Çinin internet-nəhəngi dünyada ilk ərəbdilli virtual xəbər aparıcısının işlənib hazırlanması üçün BƏƏ-nin dövlət televiziyası ilə müqavilə bağlayıb.

 

Çin 2030-cu ilədək süni intellekt sahəsində liderliyə nail olmağa çalışır və virtual televiziya aparıcısının işlənib hazırlanması texnoloji inkişafın yalnız bir nümunəsidir. (Milli.az)

 

 

 

Demokrat.Az

 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top