Bakıda "Range Rover"lə piyadanı vuran 90 OG 002 nömrəli avtomobillərin sahibi kimdir? — FOTOLAR

KRİMİNAL 01 may 2019, 13:14

Bakıda dəhşətli yol qəzası baş verib.


Demokrat.az xəbər verir ki, bu dəfə də qəzanı lüks avtomobilin sürücüsü törədib.


Aprelin 30-u saat 22 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə şəxsiyyəti məlum olmayan piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və hadisə yerindən qaçıb.


Ağır vəziyyətdə olan piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.


Qeyd edək ki, sürücü "90 OG 002" dövlət nömrə nişanını "Mercedes" və "Audi" markalı avtomobildə də istifadə edib.


Həmin fotoları təqdim edirik(Qafqazinfo):

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top