FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırdı

İDMAN 24 apr 2019, 21:29

FİFA İntizam Komitəsi təşkilatın intizam kodeksini pozan səkkiz şəxsi ömürlük futboldan uzaqlaşdırıb.

 

Qurumun saytında bildirilirki, onlardan 7-si futbolçu, biri isə menecerdir.

 

Futbolçulardan Karlon Myurrey, Keyno Tomas (hər ikisi Trinidad və Tobaqo), Xellinqs Mvakasunqula (Malavi), İbrahim Karqbo (Sierra Leone), Seidat Çomoqo (Benin), Leonel Duarte (Kuba), Məhəmməd Salim İsrafil Koxistani (Əfqanıstan) və zimbabveli menecer Kudzanay Şaba danışılmış oyunlara görə futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb.

 

Qurum keniyalı Cordc Obino Audiyə 10 illik cəza və 15 min İsveçrə frankı məbləğində cərimə təyin edib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top