Rafael Ağayev daha bir medal qazandı

İDMAN 21 apr 2019, 22:37

Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) "Karate 1" seriyasından Premyer Liqa turniri başa çatıb.


Demokrat.az xəbər verir ki, karateçimiz Rafael Ağayev (75 kq) yarışın bürünc medalını qazanıb. 


Fransalı idmançı Loqan Da Kostaya həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn idmançımız dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib.


Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.


"Karate 1" seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top