Ukrayna bu gün prezidentini müəyyənləşdirəcək

DÜNYA 21 apr 2019, 11:47

Bu gün Ukraynada prezident seçkilərinin 2-ci turu keçirilir.


Demokrat.az xəbər verir ki, bu gün baş tutacaq səsvermədə 2 namizəd - sonuncu ölkə rəhbəri Petro Poroşenko və komediyaçı, aktyor Vladimir Zelenski mübarizə aparacaq. 


Statistikaya görə, Ukrayna əhalisinin 68%-i Zelenskiyə dəstək verməyə hazırdır. 31 martda baş tutan ilk turda Zelenski 30%, Poroşenko isə 16% səs qazana bilmişdi.


Səsvermə prosesi 20 beynəlxalq təşkilatın 2700 nümayəndəsi tərəfindən izlənəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top